UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Bununla da qrup mərhələsinə son vəsiqələri qazanan 10 komandanın adlarına aydınlıq gəlib. Bu kollektivlər sırasında “Fənərbaxça” da var. İlk oyunda Vyanada “Austriya”ya 2-0 qalib gələn İstanbul klubu cavab qarşılaşmasında da rəqibə aman verməyib. 12-ci dəqiqədə İsmayıl Yüksek hesabı açıb. 44-cü dəqiqədə İrfan Can Kahveci komandasının üstünlüyünü möhkəmlədib. Sona yaxın qonaqlardan Marvin Martins buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin bu, yalnız təsəlli olub. 70-ci dəqiqədə İrfan Can Kahveci dubl edib. Mert Hakan Yandaş isə son nöqtəni qoyub:  “Fənərbağça” – “Austriya Vyana” 4:1.

Türkiyənin daha bir təmsilçisi “Sivasspor” isə İsveç “Malmö”sü ilə üz-üzə gəlib. İlk oyunda 1:3 hesabilə məğlub olan sivaslılar cavab qarşılaşmasında da rıqiblə bacarmayıblar. Hesabı 76-cı dəqiqədə Velko Birmançeviç açıb. Sona yaxın isə İsaak Telin ikinci topu rəqib qapısından keçirməklə yekun nəticəni müəyyənləşdirib:  “Sivasspor” -  “Malmö” 0:2.

Bununla da “Fənərbaxça” mübarizəni Avropa liqası, “Sivasspor” isə Konfrans Liqasının qrup mərhələsində davam etdirəcək.